Özbəkistan-Qırğızıstan sərhədində 14 il əvvəl bağlanan sərhəd-keçid məntəqəsinin açıldığı bildirilib.
Hafta.az-ın Özbəkistan Gömrük Komitəsinin məlumatına istinadən yazdığına görə, son 7 ildə təkcə Qırğızıstanla malların xarici ticarət dövriyyəsi 3 dəfə artıb. Qırğızıstanla sərhəddə yerləşən gömrük postlarından keçən vətəndaşların, yük avtomobillərinin və dəmir yolu vaqonlarının sayı 7 dəfə artıb.
2017-ci ildə iki ölkə arasında 2,3 milyon vətəndaşın gediş-gəlişi olub və 2023-cü ilə qədər bu rəqəm 16 milyona yüksəlib. Qırğızıstanlı tərəfdaşlarla mal ixrac və idxal edən sahibkarların sayı 2,7 dəfə artıb.
Məlumata görə, uzun fasilədən sonra fəaliyyətini bərpa edən "Qora-suv" və "Üçkurqon" sərhəd gömrük postları yuxarıda göstərilən göstəricilərin daha da artmasına müsbət stimul verəcək.
Qırğızıstan və Özbəkistan vətəndaşları dövlət sərhədini məhz bu məntəqədən keçirlər.